“Liberty Media”da Azərbaycan Qran-Prisinin fəallığının təhlilini davam etdirmək qərara alınıb
Bakı, 16 aprel, AZƏRTAC
Formula 1-in “Liberty Media”dan olan sahibləri həftəsonunda əyləncə proqramlarının optimallaşdırılması məqsədilə tamaşaçıların avtodromlarda davranışı barədə məlumatları toplayırlar. Ostində keçirilən ötənilki ABŞ Qran-Prisində tamaşaçıların hərəkətlərinin izlənilməsinə dair eksperimental layihə maraqlı bir faktı göstərib. Finiş başa çatdıqdan sonra təxminən 45 min tamaşaçı avtodroma - Castin Timberleykin konsertinə toplaşıb.
AZƏRTAC xəbər verir ki, “Liberty Media”da fəallıq təhlilini bu il də - Azərbaycan, Kanada, İspaniya, Böyük Britaniya, Belçika və İtaliya qran-priləri zamanı davam etdirməyə qərar veriblər. Bundan məqsəd tamaşaçıların davranış xüsusiyyətlərini müəyyənləşdirmək və daha çox tamaşaçı cəlb etməkdir.
Qlobal tədqiqatlar şöbəsinin rəhbəri Metyu Roberts deyib: “Televiziya auditoriyasının ölçüləri barədə məlumatımız var idi, lakin biz trasdakı azarkeşlər haqqında heç nə bilmirdik: onlar kimdir, nə ilə maraqlanırlar, özlərini necə aparırlar, avtodromun hansı hissələrində olurlar. İndi isə biz onlar haqqında daha çox məlumat əldə etmişik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]