“Light” neftinin bir barrelinin qiyməti 47 dolları keçib
Bakı, 14 dekabr, AZƏRTAC
“Light” markalı xam neftin bir barrelinin qiyməti 47 dolları ötüb.
AZƏRTAC xəbər verir ki, birjalarda neft qiymətləri son 9 ayın maksimum səviyyəsindədir. ABŞ və Avropada COVID-19-a qarşı peyvəndin istifadəsi ilə bağlı müsbət inkişafların qlobal neft tələbatında artıma səbəb olacağına dair nikbin gözləntilərin təsiri ilə “qara qızıl”ın qiyməti də yüksəlir.
“Light” neftinin qiyməti oktyabr ayının sonundan bəri təxminən 30 faiz bahalaşıb. “Brent” markalı xam neftin qiyməti isə “OPEC+” razılaşması və peyvəndə dair müsbət inkişaflarından sonra ötən həftə son 9 ayın maksimumuna yüksələrək psixoloji hədd sayılan 50 dollar/barreli keçmişdi.
Ekspertlərə görə, peyvəndin tətbiqi benzin və təyyarə yanacağı istehlakına müsbət təsir göstərəcək, bu, qiymətlərdə həddən artıq nikbinliyə zəmanət verəcək.
Qeyd edək ki, hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 50,48 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 47,02 dollara alıcı axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]