Litva ABŞ-dən “HIMARS” raket sisteminin ikinci batareyasını alacaq
Bakı, 30 aprel, AZƏRTAC
Litva “HIMARS” raket sisteminin ikinci batareyasını almaq üçün ABŞ-nin “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin açıqlamasında deyilir. “Biz 280 milyon avroya ikinci “HIMARS” batareyası alırıq. Əvvəllər alınmış ilk batareyanın bu il çatdırılması planlaşdırılır. Bununla biz ölkəmizin müdafiəsinin gələcəyinə, NATO-nun şərq cinahındakı müttəfiqlərimizlə birlikdə müdafiə qabiliyyətimizin gücləndirilməsinə sərmayə qoyuruq”, - deyə müdafiə naziri Robertas Kaunas bildirib.
Paketə buraxılış platformaları, müxtəlif tipli və funksiyalı raketlər, idarəetmə və rabitə avadanlığı, həmçinin döyüş heyətinin təlimi daxildir.
2022-ci ildə Vilnüs “HIMARS” çoxnövlü raket sistemlərinin istehsalçısı olan “Lockheed Martin” ilə 495 milyon dollarlıq ilk müqavilə imzalayıb. İkinci müqavilə də eyni təchizatçı ilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]