Litva Respublikasının Prezidenti Zati-aliləri xanım Dalya Qribauskayteyə
Hörmətli xanım Prezident,
Milli bayramınız - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Litva xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 fevral 2011-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]