Litvada 3,7 min hərbçinin iştirakı ilə NATO təlimləri başlayır
Bakı, 7 iyun, AZƏRTAC
Litvada NATO-nun yeddi ölkəsindən 3,7 min nəfərə yaxın hərbçinin iştirakı ilə “Gelezinis Vilkas” (Dəmir Canavar) beynəlxalq təlimləri başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
İki həftə davam edəcək miqyaslı təlimlərə ev sahibi Litva ilə yanaşı, Belçika, Lüksemburq, Niderland, Norveç, ABŞ və Çexiyadan hərbçilər, həmçinin Almaniyanın komandanlığı altında NATO-nun döyüş qruplaşması iştirak edir. Manevrlərə tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli avtomobillər də daxil olmaqla 500-ə yaxın texnika cəlb olunub.
Təlimlərin əsas məqsədi Litva Silahlı Qüvvələrinin “Gelezinis Vilkas” motoatıcı briqadasının bölmələrinin döyüş hazırlığını yoxlamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]