Litvada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
Vilnüs, 13 may, AZƏRTAC
Mayın 12-də Litvada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
AZƏRTAC Mərkəzi Seçki Komitəsinin ilkin nəticələrinə əsasən xəbər verir ki, artıq 212 məntəqənin səsləri sayılıb. İqtisadçı və bank mütəxəssisi olan Qitanas Nauseda 15,62 faiz səslə hələ ki, irəlidədir. Onu 14,44 faizlə Litvanın hazırki Baş naziri Saulyus Skvernyalis izləyir. Üçüncü yerdə isə 11,51 faiz səslə keçirilmiş əvvəlki sorğulara əsasən favorit göstərilən sabiq maliyyə naziri İnqrida Şimonite qərarlaşıb.
Səslərin sayılması prosesi davam edir.
Bu gün Litvada, həmçinin ikili vətəndaşlıq və parlamentdəki mandat sayının azaldılması ilə bağlı referendum da keçirilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]