LİTVADA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, İnterfaks agentliyinin yaydığı məlumata görə, Litvada vaxtından əvvəl keçirilmiş prezident seçkilərinin ikinci turunda ölkənin sabiq prezidenti Valdas Adamkus və Seymin üzvü, keçmiş baş nazir Kazimira Prunskene mübarizə aparacaqlar.
Litva Baş Seçki Komissiyasının sədri Zenonas Vayqauskas bildirmişdir ki, 2039 seçki məntəqəsinin 2006-da seçicilərin 30,45 faizi V.Adamkusa, 20,39 faizi isə K.Prunskeneyə səs vermişdir.
Namizədlərdən heç biri lazımi sayda səs toplamadığından seçkilərin ikinci turu keçiriləcəkdir. Z.Vayqauskasın sözlərinə görə, ikinci tur iyunun 27-də olacaqdır.