Livan İran səfirini “arzuolunmaz şəxs” elan edib
Qahirə, 24 mart, AZƏRTAC
İranın Livandakı səfiri “arzuolunmaz şəxs” elan edilib və onun martın 29-dək ölkəni tərk etməsi tələb olunub.
AZƏRTAC Livanın milli xəbər agentliyinə istinadla bildirir ki, qərarla tanış olmaq üçün İranın ölkədəki müvəqqəti işlər vəkili Tofiq Səmədi Xoşxu Livanın Xarici İşlər Nazirliyinə dəvət edilib.
Diqqətə çatdırılıb ki, Livan İran səfiri Məhəmməd Rza Şeybaninin etimadnaməsi ilə bağlı qərarını ləğv edib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]