Lökbatanda məhəllələrarası mini-futbol turnirinə yekun vurulub
Bakı, 29 sentyabr, AZƏRTAC
Lökbatan qəsəbəsində yerləşən Təlim-İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı C.Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, 2005-2006-cı il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 12 komanda iştirak edib.
Yarışda “Qaradağ” komandası birinci olub. “Sahil” gümüş, “Lökbatan” komandası isə bürünc medal qazanıblar.
Tədbirin sonunda mükafatçı komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və kubok verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]