Londonda Formula 1 Komissiyasının iclası keçirilib

Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş.
Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir.
Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib.
Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System - ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi.
Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [11:28]
Dağıstanda sudan zəhərlənən 100-dən çox insan xəstəxanaya çatdırılıb
- 08.07.2025 [11:19]
Rusiyada əcnəbilərə səfərbərlik dövründə orduda xidmət etməyə icazə verilib
- 08.07.2025 [10:30]
BMT-nin Baş katibi: Əməkdaşlıq bəşəriyyətin ən böyük innovasiyasıdır
- 08.07.2025 [09:45]
İtaliyada dəmiryolçular tətil edirlər
- 08.07.2025 [09:20]
Britaniyada fövqəladə xəbərdarlıq sistemi yenidən sınaqdan keçiriləcək
- 08.07.2025 [08:08]
Tədqiqat: Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
ANAMA işə qəbul elan edir
- [10:28]
Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib
- 07.07.2025 [22:04]
“Şamaxı” klubu isveçrəli futbolçunu transfer edib
- 07.07.2025 [21:51]
“Qalatasaray” Viktor Osimhen ilə razılıq əldə edib
- 07.07.2025 [21:21]
Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib
- 07.07.2025 [20:36]
Şərurda ərzaq mağazasında yanğın olub
- 07.07.2025 [20:19]
Paytaxtın daha 4 məntəqəsində minib-düşmə yerləri yaradılıb
- 07.07.2025 [19:19]
Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib
- 07.07.2025 [19:12]
Dövlət əmlakı olan 74 nəqliyyat vasitəsi hərraclara çıxarılıb
- 07.07.2025 [19:10]
Azərbaycan “Qlobal Dayanıqlı Nəqliyyat Forumu” tədbirində təmsil olunub
- 07.07.2025 [19:08]
Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb
- 07.07.2025 [18:56]
“Zirə” klubu gürcüstanlı futbolçu ilə müqaviləni yeniləyib
- 07.07.2025 [18:44]