MACAR TELEJURNALİSTLƏR AZƏRBAYCANA SƏFƏR HAQQINDA TƏƏSSÜRATLARINI BÖLÜŞÜRLƏR
Xəbər verdiyimiz kimi, onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan İctimai Televiziyasının dəvəti ilə mayın 9-13-də respublikamızda olmuşdur.
L.Çelenyi demişdir ki, mayın 10-da, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin doğum günü onların çəkiliş qrupu zəmanəmizin dahi siyasi xadiminin xatirəsinə ehtiramını bildirərək, onun məzarı önünə əklil qoymuşdur. O, işinin çox olmasına baxmayaraq, onlarla söhbət üçün vaxt tapan Prezident İlham Əliyevlə görüşdən böyük təəssürat aldığını söylədi.
Macar jurnalistlər Azərbaycanın yaradıcılıq ittifaqlarının rəhbərləri, dini və ictimai təşkilatların nümayəndələri ilə də görüşmüş, sadə insanlarla ünsiyyətdə olmuş, ölkəmiz haqqında, xalqımızın tarixi, mədəniyyəti və ənənələri haqqında maraqlı məlumatlar almışlar.
“DUNA-TV”nin prezidenti Azərbaycanda əhatə olunduqları qonaqpərvərliyi xüsusi qeyd edərək demişdir ki, bu, Macarıstanla Azərbaycanı birləşdirən əsil tarixi qardaşlıq tellərindən xəbər verir.
L.Çelenyi İkinci Dünya müharibəsində əsir düşən macarların Xanlar rayonundakı Qırıxlı kəndində dəfn olunduqları yeri ziyarət etdiklərindən də danışaraq, onların məzarlarının qayğı ilə saxlandığına görə minnətdarlığını bildirmişdir.
Çəkiliş qrupu zəngin material toplamış və onu mayın 28-də - ölkəmizin milli bayramı olan Respublika günündə Macarıstan tamaşaçılarına göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]