Macarıstan hökuməti geotermal istilik sistemləri üçün əhaliyə subsidiya ayırmağa davam edəcək
Budapeşt, 26 yanvar, AZƏRTAC
Macarıstan hökuməti əhalinin enerji xərclərini azaltmaq və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirmək məqsədilə yeni subsidiya proqramını davam etdirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, rəsmi Budapeştin açıqlamasına görə, proqram çərçivəsində vətəndaşlara fərdi yaşayış evlərində yeraltı və yerüstü temperatur fərqinə əsaslanan istilik sistemlərinin quraşdırılması üçün maliyyə dəstəyi göstəriləcək.
Söhbət əsasən geotermal istilik nasoslarından gedir ki, bu sistemlər torpağın sabit temperaturundan istifadə edərək evlərin həm qızdırılmasını, həm də soyudulmasını təmin edir.
Hökumət nümayəndələri bildiriblər ki, bu texnologiya uzunmüddətli perspektivdə enerji asılılığını azaldır, kommunal xərcləri aşağı salır və karbon emissiyalarının azalmasına töhfə verir. Yeni mərhələdə subsidiyaların həcminin artırılması və daha çox ailəni əhatə etməsi nəzərdə tutulur. Eyni zamanda, proqram kənd yerlərində yaşayan əhali üçün xüsusilə əlçatan ediləcək. Mütəxəssislər hesab edirlər ki, bu addım Macarıstanın yaşıl enerji strategiyasının mühüm hissəsidir və ölkənin iqlim hədəflərinə çatmasına kömək edəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]