MACARISTANDA AZƏRBAYCAN GÜNLƏRİ AÇILMIŞDIR
Azərbaycan günləri çərçivəsində mayın 22-də Macarıstan Elmlər Akademiyasının Tarix İnstitutunda iki ölkə alimlərinin görüşü keçirilmişdir. İnstitutun direktoru Atilla Pok Azərbaycan nümayəndələrinin, o cümlədən görkəmli alimləri, Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Məmmədovu, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərovu, Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlını səmimi salamlamışdır. Görüş zamanı əməkdaşlıq münasibətlərinin yaradılması və tarix sahəsində birgə tədqiqatların aparılması məsələləri diqqət mərkəzində olmuşdur.
Sonra Azərbaycan alimləri Macarıstan Milli Muzeyində olmuşlar. AMEA-nın müxbir üzvü Nailə Vəlixanlı macarıstanlı həmkarları qarşısında çıxış etmişdir.
Həmin gün Azərbaycan günlərinin iştirakçıları ölkəmizin diplomatik nümayəndəliyində olmuş, səfir Həsən Həsənovla görüşmüşlər. Səfir Macarıstandakı mövcud ictimai-siyasi vəziyyətdən, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatlar qarşısında qoyduğu vəzifələrin həlli sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan günlərinin iştirakçıları Budapeştdə keçirilən tədbirlərdə iştirak etməklə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]