MADLEN OLBRAYT CORC BUŞUN DİNİ RİTORİKASINI BƏYƏNMİR
Buş dəfələrlə bəyan etmişdir ki, etiqadı onun siyasi qərarlarına təsir göstərir. Məsələn, o, İraq müharibəsinə başlayanda Tanrıdan işarə gözlədiyini bildirmişdir. Bir çox müsəlmanlar Buşun İraq kampaniyasını səlib yürüşləri ilə müqayisə etmişlər. Ağ ev deyir ki, İslamın əleyhinə deyildir və bu dinin idealları ilə pərdələnərək terror müharibəsi aparanlarla mübarizə edir. Lakin Olbraytın fikrincə, Buşun “dini absolyutizmi” ona gətirib çıxarır ki, ABŞ-ın xarici siyasətini qəbul etmək başqa ölkələr üçün getdikcə daha da çətinləşir və İraqa hərbi yolla müdaxilə Birləşmiş Ştatların xarici siyasətinin bütün tarixi ərzində ən böyük uğursuzluqdur.
Xanım Olbraytın bu fikirləri onun siyasətin və dinin qarşılıqlı münasibətlərinə həsr olunmuş və bu yaxınlarda çapdan çıxan “Qüdrətlilər və Tanrı” kitabında da əksini tapmışdır. Olbrayt yazır: “Buş Texas ştatının qubernatoru olarkən əmin idi ki, Allah onun prezident seçilməyini istəyir və bunu seçicilərinə çatdırırdı”.