Madrid İspaniyanın guya NATO-da üzvlüyünün dayandırılacağı barədə media materiallarını şərh edib
Bakı, 24 aprel, AZƏRTAC
İspaniya hökuməti elektron poçtlara deyil, digər ölkələrin rəsmi sənədlərinə və bəyanatlarına əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Pedro Sançes İrana qarşı mövqeyinə görə ABŞ tərəfindən İspaniyanın NATO-da üzvlüyünü dayandırmağı müzakirə etdiyinə dair mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Daha əvvəl “Reuters” agentliyi Pentaqon rəsmilərinin İrana qarşı müharibədə ABŞ-yə kömək etmək istəmədiklərinə görə Alyansdakı müttəfiqlərini cəzalandırmaq variantlarını müzakirə etdiklərini bildirmişdi. Memorandumda göstərilən təklif olunan variantlar arasında İspaniyanın NATO-da üzvlüyünün dayandırılması da var.
“Biz elektron poçtlara əsaslanmırıq; rəsmi sənədlərə və ABŞ hökumətinin bu işdə tutduğu mövqeyə əsaslanaraq işləyirik”, -deyə Pedro Sançes Aİ-nin qeyri-rəsmi sammitinə gələrkən bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]