Madrid Klubu erməni təxribatları nəticəsində dinc sakinlərin həlak olmasından narahatlığını bildirib
Bakı, 7 aprel, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfdaşı olan Madrid Klubu Ermənistan hərbi qüvvələrinin qoşunların təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması barədə bəyanat yayıb. Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən hadisələrlə bağlı narahatlıq ifadə olunur, insident zamanı həlak olan şəxslərin ailələrinə başsağlığı verilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Madrid Klubu tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə, gələcəkdə vəziyyətin kəskinləşməsinə səbəb ola biləcək istənilən növ fəaliyyətdən çəkinməyə çağırır. Madrid Klubu hesab edir ki, münaqişənin hərbi yolla həlli yoxdur və problemin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Madrid prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səylərin yenilənməsinə ümid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]