Madriddə tələbələr iqlim dəyişmələrinə qarşı real işlər görməyə çağırırlar
Madrid, 1 mart, AZƏRTAC
İspaniya tələbələrinin “Fridays For Future” ekologiya təşkilatı bu gün Madriddə, Deputatlar Konqresinin qarşısında mitinq keçirir. Tələbələrin məqsədi siyasətçilərin diqqətini iqlim dəyişmələrinə cəlb etmək və onları bu sahədə real işlər görməyə çağırmaqdır.
AZƏRTAC xəbər verir ki, təşəbbüsün müəllifi isveçli fəal Qreta Tunberqdir. O, ötən ilin yayından İsveç parlamenti qarşısında təkbaşına piketlər keçirir. Bir çox Avropa ölkələri, o cümlədən Belçika onun bu təşəbbüsünü dəstəkləyiblər. Yanvarın 24-də Belçikada 30 mindən çox tələbə Qretaya qoşulub.
Ötən həftə yüzlərlə gənc Barselonanın San-Jauma meydanına toplaşıb. Bu həftə növbə Madridə çatıb. Tələbələr hər həftənin cümə günü Konqres binası qarşısına toplaşacaqlar. Onlar siyasətçilərin diqqətini etiraz mitinqlərinə cəlb etmək üçün “Twitter” və “Instagram” sosial şəbəkələrindən istifadə edəcəklər. İspaniyalı tələbələr etirazlarını belə izah edirlər: “İstəyirik ki, bizi kimsə dinləsin və nə qədər gec deyil, bu sahədə işlər görsün”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]