Mağazadan spirtli içki oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 22 aprel, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də rayon ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda aprelin 19-da paytaxt sakini R.Ramazanovanın çantasından 200 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.İsmayılova rayon polis idarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam edir.