“Magistr” jurnalının 3-cü nömrəsi nəşr edilib
Bakı, 23 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 3-cü nömrəsini nəşr edib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.
Jurnalda, həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının magistraturasına qəbul elanı da dərc olunub.
“Magistr” jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]