Magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulublar
Bakı, 22 aprel, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn şəkildə davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin neft-kimya proseslərinin riyazi modelləşdirilməsi, kimyəvi kinetika və kataliz ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan kimyada təqribi həll üsulları fənnindən texnika üzrə fəlsəfə doktoru, dosent Qoşqar Əliyev, heterogen kataliz fənnindən kimya üzrə elmlər doktoru, professor Arif Əfəndi və biomimetik sensorlar fənnindən mühazirə kimya üzrə elmlər doktoru Nəhməd Əlizadə, seminar isə kimya üzrə fəlsəfə doktoru Nuranə Məlikova tərəfindən onlayn rejimdə aparılıb.
Bununla yanaşı, II kurs magistrantlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]