Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə naziri AİB-in Səmərqənd toplantısında Azərbaycanın prioritetlərini açıqlayıb

Bakı, 3 may, AZƏRTAC

Asiya İnkişaf Bankının (AİB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısında iştirak edən maliyyə naziri Sahil Babayev mayın 3-də Bankda Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda AİB-in strateji prioritetləri, Seçki Qrupunda təmsil olunan ölkələrdə həyata keçirilən layihələr, qlobal iqtisadiyyatın üzləşdiyi çağırışlar, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

İclasda çıxış edən S.Babayev Seçki Qrupu çərçivəsində formalaşmış səmərəli əməkdaşlıq platformasının üzv ölkələr arasında koordinasiyanın gücləndirilməsinə və ortaq inkişaf prioritetlərinin təşviqinə mühüm töhfə verdiyini bildirib. O, AİB ilə tərəfdaşlığın qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq prinsipləri əsasında davamlı şəkildə inkişaf etdiyini bildirib.

S.Babayev Azərbaycanın Orta Dəhliz çərçivəsində artan tranzit və logistika potensialına diqqət çəkərək, bu istiqamətdə AİB-in dəstəyini xüsusi vurğulayıb, eyni zamanda, nəqliyyat sektorunda rəqəmsallaşmanın tətbiqinin xidmətlərin daha səmərəli təşkilinə imkan verdiyini qeyd edib.

Azərbaycanın maliyyə naziri AİB-in dəstəyi ilə həyata keçirilən dəmir yolu infrastrukturunun modernləşdirilməsi, metro sisteminin genişləndirilməsi, enerji və su təsərrüfatı layihələrinin icrasının ölkəmizin iqtisadi şaxələndirmə və inklüziv artım hədəflərinə xidmət etdiyini bildirib.

x x x

İllik Toplantının ilk günündə Sahil Babayev bir sıra ikitərəfli görüşlər keçirib. AİB-in prezidenti Masato Kanda ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmir yolu xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə layihələrdə Bankın iştirakının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat verilib, AİB-in ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib ki, AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda, Orta Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.

Öz növbəsində AİB prezidenti Masato Kanda Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.

x x x

Özbəkistan Respublikasının Baş nazirinin müavini, AİB-in Özbəkistan üzrə rəhbəri Cəmşid Xocayev ilə görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, tərəflər arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə və 2025–2029-cu illər üzrə Yol Xəritəsi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır.

S.Babayev ötən il Özbəkistanda Azərbaycanın Ticarət Nümayəndəliyinin açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsi, işgüzar əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm institusional addım olduğunu bildirib.

x x x

Nazir S.Babayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) rəhbəri Nobumitsu Hayashi ilə görüşündə isə Yaponiya ilə Azərbaycan arasında mövcud etibarlı tərəfdaşlıq münasibətləri, JBIC-nin qlobal inkişaf maliyyələşməsində rolu, Orta Dəhliz üzrə nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji şəbəkələrinin modernləşdirilməsi və sənaye sektorunda innovativ texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan ilə JBIC arasında əməkdaşlığın hazırda əsasən məhdud və layihəyönümlü xarakter daşıdığı, lakin xüsusilə enerji keçidi, yaşıl iqtisadiyyat və dekarbonizasiya sahələrində geniş potensialın mövcud olduğu bildirilib. Tərəflər bu əlaqələrin uzunmüddətli investisiya əməkdaşlığı çərçivəsinə keçməsinin vacibliyini vurğulayıblar.

Həmçinin maliyyə sahəsində Azərbaycanın makroiqtisadi sabitliyi, güclü fiskal intizamı və dövlət maliyyə idarəetməsi üzrə aparılan institusional islahatlar qeyd olunub. Bildirilib ki, büdcə proseslərinin şəffaflaşdırılması, dövlət investisiya layihələrinin səmərəli idarə olunması və rəqəmsal xəzinədarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üçün etibarlı mühit formalaşdırır.

x x x

Azərbaycan nümayəndə heyətinin üzvləri, həmçinin İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin nümayəndələri ilə görüş keçirib, Asiya İnkişaf Fondunun (AİF) Məsləhətləşmə Görüşündə iştirak ediblər.

Görüş zamanı İnkişafın Maliyyəsi üzrə Əməkdaşlıq Mərkəzinin nümayəndələri qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanla mümkün əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

AİF-in Məsləhətləşmə Görüşündə isə Fondun resurslarının daha səmərəli səfərbər edilməsi, yoxsulluğun azaldılması, insan inkişafının təşviqi, inklüziv iqtisadi artımın dəstəklənməsi, iqlim dayanıqlığının gücləndirilməsi və fəlakət risklərinin azaldılması kimi prioritet istiqamətlər müzakirə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq