“Maliyyə rəhbərlərinin inkişaf proqramı”nın iştirakçıları SOCAR-ın Türkiyədəki layihələri ilə tanış olublar
Bakı, 6 dekabr, AZƏRTAC
“Maliyyə rəhbərlərinin inkişaf proqramı” çərçivəsində ilk modulun keçirilməsi və iştirakçıların SOCAR-ın Türkiyədəki strateji layihələrindən olan “STAR” NEZ, “Petkim” və “SOCAR Depolama”nın fəaliyyəti ilə yaxından tanış edilməsi məqsədilə Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsinə səfər təşkil edilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iştirakçılara SOCAR-ın Türkiyədəki aktivləri barədə məlumat verilib, “Layihə maliyyəsi” mövzusunda təlim keçirilib.