“Mançester Siti” klubu ispaniyalı futbolçusu ilə müqaviləni yeniləyib
Bakı, 12 iyul, AZƏRTAC
İngiltərənin “Mançester Siti” klubu futbolçusu Rodri ilə müqaviləni yeniləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, ispaniyalı futbolçu ilə 2027-ci ilədək müqavilə imzalanıb.
İyirmi altı yaşlı futbolçu daha üç mövsüm Mançester təmsilçisinin şərəfini qoruyacaq.
2019-cu ildən “Mançester Siti”də çıxış edən futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 matçda meydana çıxıb. Futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]