Maqdeburqda alman müəllifinin Xocalı haqqında kitabının təqdimatı olmuşdur
Berlin, 23 mart (AZƏRTAC). Martın 21-də Almaniyanın Maqdeburq şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar alman müəllifi Rolf Kunşun ermənilərin törətdikləri bu dəhşətli cinayətdən bəhs edən kitabının təqdimatı olmuşdur. Təqdimat mərasimi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi və Zaksen-Anhalt torpağındakı “Almaniya-Azərbaycan” Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Tədbir iştirakçılarına Qarabağın tarixi, onun 1828-ci ildə Rusiya imperiyasının tərkibinə daxil edilməsi və ermənilərin İrandan buraya köçürülməsi, ermənilərin Azərbaycan torpaqlarına iddiaları, münaqişənin tarixi, 1918-ci il soyqırımı və 1992-ci ildə Xocalı qırğını barədə ətraflı məlumat verilmişdir.
Görüşdə kitabın müəllifi Rolf Kunş, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Nurçin Əliyev çıxış etmişlər. Sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]