Mariam Kvrivişvili: Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin açılması çox mühüm addımdır
Tbilisi, 5 oktyabr, AZƏRTAC
Gürcüstan ilə Azərbaycan arasında güclü dostluq münasibətləri var. Bizim bir sıra istiqamətlərdə, o cümlədən, turizm sahəsində çox sıx və səmərəli əməkdaşlığımız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili söyləyib.
Onun sözlərinə görə, Tbilisidə Azərbaycanın turizm nümayəndəliyinin açılması çox mühüm addımdır.
“Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan Turizm Bürosunun "Azerbaijan.Travel" qonaq mərkəzinin açılışı bizim üçün çox xoşdur və hesab edirəm ki, hər iki tərəfin maraqlarına xidmət edir” -deyə, M.Kvrivişvili vurğulayıb.
M.Kvrivişvili deyib: “Nümayəndəliyin açılması Gürcüstan vətəndaşları üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu mərkəz vətəndaşlarımızın Azərbaycana səfər etmələrinə köməklik göstərəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]
Əziz Şiriyev: Son illərdə qış turizmi də inkişaf etməyə başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]