Mariana Vasileva: Azərbaycan yığmasının doğma divarlar arasında medal qazanmasına çox sevinirəm
Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycanın bədii gimnastika üzrə qrup komandası, nəhayət, doğma divarlar arasında medal qazandı. Biz hamımız azarkeşlərimizi sevindirməyə çalışırıq. Ən yaxşı azarkeşlər Milli Gimnastika Arenasındadır. Hər şey yaxşı başa çatanda, biz xoşbəxt oluruq. Təəssüf ki, üç top və iki iplə hərəkətlərin sonunda səhvə yol verdik.
Bu barədə AZƏRTAC-a müsahibəsində bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib. O qeyd edib ki, bəzi səbəblərə görə qrup komandası üçün doğma divarlar arasında çıxış etmək daha çətindir. “Bizim üzərimizə böyük məsuliyyət düşürdü. Mən inanırdım ki, bu dəfə psixoloji cəhətdən dönüş olacaq. Şükür ki, biz doğma divarlar arasında medal qazandıq. Çox sevinirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]