Marin Lö Penin 2027-ci ildə prezident seçkilərində iştirakı sual altındadır
Paris, 5 fevral, AZƏRTAC
Fransada Baş Prokurorluq Marin Lö Pen barəsində beş il müddətinə seçkilərdə iştirak qadağasının qüvvədə saxlanılmasını tələb edib. “Milli Birlik” (Rassemblement national-RN) partiyasının lideri üçün 2027-ci il prezident seçkilərində namizəd olmaq ehtimalı bu mərhələdə son dərəcə qeyri-müəyyən olaraq qalır.
AZƏRTAC xəbər verir ki, birinci instansiyada dövlət vəsaitlərinin mənimsənilməsinə görə dörd il həbs, 100 min avro cərimə və dərhal icra olunmaq şərti ilə beş il seçilmək hüququndan məhrumetmə cəzasına məhkum olunan Marin Lö Pen cəzasının yüngülləşdiriləcəyinə ümid edirdi. Belə olan halda o 2027-ci ildə dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəkdi.
Lakin məhkəmənin on birinci iclas günündə Baş Prokurorluq onun namizədliyinə real maneə yarada biləcək cəzalar tələb edib: üç ili şərti, bir ili elektron qolbaqla icra olunmaqla ümumilikdə dörd il həbs, 100 min avro cərimə və bu dəfə dərhal icra olunmadan beş il müddətinə seçkilərdə iştirak qadağası.
Marin Lö Penin vəkilləri fevralın 11-də söz alacaqlar. Hökmün elan olunacağı tarix daha sonra müəyyənləşdiriləcək. Paris Apellyasiya Məhkəməsi qərarın 2026-cı ilin yayında veriləcəyini vəd edib. Bu isə Marin Lö Penin həm hüquqi, həm də siyasi taleyinin aylarla qeyri-müəyyən qalacağı anlamına gəlir.
Hakimlər Marin Lö Penə iki ildən artıq müddətə və dərhal icra olunan seçilmək qadağası versələr, o, heç bir seçkidə iştirak edə bilməyəcək.
Bu halda Kassasiya Məhkəməsinə müraciət etmək hüququ qalacaq, lakin həmin müraciətin cəzanı dayandıracağına dair heç bir təminat yoxdur. Son söz yenə də Kassasiya Məhkəməsinə məxsus olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [14:22]
Çin humanoidləri səhnədə: Robotları bayramlara dəvət edirlər – VİDEO
- 05.02.2026 [14:00]
Norveçin dənizlərində balıq ehtiyatları on il ərzində iki dəfə azalıb
- 05.02.2026 [13:33]
Ukraynalılar üçün Avropaya giriş pullu olacaq
- 05.02.2026 [13:31]
Litva XİN: ABŞ Baltik Müdafiə Təşəbbüsünə 200 milyon dollar ayırıb
- 05.02.2026 [12:59]
Əbu-Dabidə Ukrayna üzrə danışıqlar davam edir
- 05.02.2026 [12:41]
“Nestle” körpə qidaları ilə bağlı məhsulunu geri çağırıb
- 05.02.2026 [12:40]
Polşanın Baş naziri Kiyevə səfər edib
- 05.02.2026 [12:35]
Pakistanda əməliyyat başa çatdı: 216 terrorçu öldürüldü
- 05.02.2026 [12:29]