Martın 18-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, gecə və axşam yağış yağacaqdır. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaqdır. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Arabir yağıntılı, dağlıq yerlərdə qar və sulu qar yağacaqdır. Havanın temperaturu gecə 5-10°-dək isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı. dağlıq yerlərdə sulu qar, qar yağacaqdır. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Arabir yağıntılı, dağlıq ərazilərdə sulu qar yağacaqdır. Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağıntılı, bəzi ərazilərdə sulu qar, qar yağacaqdır. Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-11° isti, dağlarda gecə 2° şaxtada 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağıntılı, dağlıq ərazilərdə sulu qar yağacaqdır. Havanın temperaturu gecə 5-8° isti, gündüz 7-12° isti, dağlarda gecə və gündüz 4-9° isti olacağı gözlənilir.