Martın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 5-8°, günün birinci yarısında 10-14°, axşama doğru 5°-yə yaxın isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti, axşama doğru 5°-yə yaxın isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə və gündüz 3-6° isti olacaq, axşam 0°-yə yaxınlaşacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 3-8°, gündüz 12-17° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 5-7°, gündüz 12-17° isti, dağlarda gecə 1-5°, gündüz 7-12° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, sonrakı iki gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası əlverişli olacaqdır.