MARTİNA NAVRATİLOVA 33 İLDƏN SONRA ÇEXİYA VƏTƏNDAŞLIĞINI ÖZÜNƏ QAYTARMIŞDIR
Dünya tennisinin əfsanəsi Martina Navratilova sosialist Çexoslovakiyasını tərk edib, ABŞ vətəndaşı olduqdan 33 il sonra Çexiya vətəndaşlığını özünə qaytarmışdır. Bunu dünyanın keçmiş bir nömrəli tennisçisi Tokioda mətbuat konfransında bildirmişdir. O, burada Şteffi Qrafla nümunəvi görüşə hazırlaşır.
“Soyuq müharibə”nin ən qızğın çağlarında - 1975-ci ildə ABŞ-da olan Martina vətənə qayıtmaq istəməmişdir. Kommunist Çexoslovakiyasında onun bu hərəkətindən hiddətlənmiş və vətəndaşlıqdan məhrum etmişdilər. 6 il sonra isə o, Birləşmiş Ştatların vətəndaşı olmuşdur.
Yanvarın 9-da Çexiya vətəndaşlığını özünə qaytardığını bildirən M.Navratilova hazırda ikili vətəndaşlığı olduğunu vurğulamışdır.
Karyerasını 1994-cü ildə başa çatdırmış 51 yaşlı tennisçi anasına baş çəkmək üçün tez-tez Çexiyaya gəlir. O, vətənində tennis akademiyası açmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]