Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib
Bakı, 29 yanvar, AZƏRTAC
Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub. Tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın yanvarın 24-də tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2 kiloqram, 2.5 kiloqram və 2.3 kiloqram, boyları isə iki körpədə 48 santimetr, digər körpədə 47 santimetr olub.
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:18]
Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub
- 02.10.2026 [12:18]
Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub
- 02.10.2026 [12:05]
Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO
- 01.10.2026 [19:22]
Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO
- 01.10.2026 [19:12]
Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir
- 01.10.2026 [18:41]