Masallıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir
Masallı, 31 mart (AZƏRTAC). Martın 31-də Masallı şəhərindəki “Şəhidlər” abidə-kompleksinin önündə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqalların, gənclərin və ictimaiyyətin nümayəndələri abidə önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə rayon icra hakimiyyəti aparatının şöbə müdiri Seyfəddin Əliyev ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti barədə iştirakçılara məlumat vermişdir.
Ümummilli liderimizin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlılara qarşı törədilən soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran S.Əliyev ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində tezliklə yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.
Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunmuş, məktəblilərin ifasında azərbaycanlıların soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]