Masallıda yeniyetmə və gənclər arasında dama üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı, 22 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına parkda yeni növ koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla, açıq havada yeniyetmə və gənclər arasında dama üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışın yekun nəticəsinə əsasən Heydərəli Quliyev birinci, Sakit Kərimov ikinci, Təvəkkül Nəcəfov üçüncü yerlərə layiq görülüblər.
Qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.