İDMAN
“Masters” beynəlxalq turnirin ilk turunun oyunlarına yekun vurulub
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan “Masters” beynəlxalq turnirin ilk turunun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, beynəlxalq şahmat festivalı çərçivəsində “A” qrupu üzrə (qrossmeyster və beynəlxalq usta normalı) 10 şahmatçının (onlardan 4-ü qrossmeysterdir) iştirak etdiyi yarışda Azərbaycan şahmatçıları Ülvi Bacarani (2421), Abdulla Qədimbəyli (2409), İran təmsilçisi Araş Təhbaz (2468) və ukraynalı şahmatçı Mixail Simantsev (2401) ilk turda qələbə qazanaraq aktivlərinə 1 xal yazdırıblar.
Azərbaycanlı şahmatçılarla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan təmsilçilərinin də mübarizə apardığı turnirə yanvarın 11-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]