Mayın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağan yağışın günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 19-24° isti olacaqdır.
Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam şimşək çaxacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 4-9°, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 17-22° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Aqrometeoroloji şərh
Respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcəkdir. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafına şərait yaradacaqdır. Gözlənilən yağıntılar torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsir göstərəcəkdir.