Mayın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17°, gündüz 22-27° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən- Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 8-13°, gündüz 19-24° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
səhər və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.