Mayın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 14-18°, gündüz 24-29° isti olacaqdır.
Bakıda gecə 15-17°, gündüz 26-28° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 10-15°, gündüz 25-30°, bəzi yerlərdə 33°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 12-17°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən- Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 10-15°, gündüz 22-27°, bəzi yerlərdə 30°-dək isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacağı gözlənilir.