Mayın 29-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 12-17°, gündüz 21-26°, Bakıda gecə 14-16°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15°, gündüz 21-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 5-10° isti, gündüz 14-19° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.