MDB DAXİLİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ NÖVBƏTİ İCLASI KİŞİNYOVDA KEÇİRİLƏCƏKDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə MDB-nin üzvü olan ölkələrdə cinayətkarlıqla, eləcə də əməliyyat-xidməti fəaliyyətinin müxtəlif istiqamətlərində birgə mübarizənin aktual problemləri, terrorizmin, qanunsuz miqrasiyanın və insan ticarətinin qarşısının alınmasında qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məsələləri müzakirə ediləcəkdir.
Daxili İşlər Nazirləri Şurasının iclasının gündəliyinə, həmçinin MDB-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizəni Əlaqələndirmə Bürosunun tərkibində narkotiklərin və prekursorların qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinin müzakirəsi və digər məsələlər də daxildir.
Səfər iki gün davam edəcəkdir.