MDB ENERGETİKLƏRİ AZƏRBAYCANIN ENERGETİKA SİSTEMİNƏ BÖYÜK MARAQ GÖSTƏRİRLƏR
başçılığı ilə ölkəmizin nümayəndə heyəti iclasda iştirak etmişdir.
Respublika baş enerji idarəsinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iclasda sədrlik edən “Rusiya Vahid Energetika Sistemi” SC-nin başçısı Anatoli Çubays energetika sistemlərinin paralel fəaliyyət rejimində birləşdirilməsinin zəruriliyini xüsusi vurğulamışdır. O, Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərini nümunə göstərmişdir. Çubaysın sözlərinə görə, Bakıya səfəri zamanı Prezident İlham Əliyev və hökumətin rəhbərliyi ilə görüşlərinin mühüm proqramların gerçəkləşdirilməsində böyük əhəmiyyəti olmuşdur. Rusiya-Azərbaycan-İran və Türkiyəyə çıxışı olan Rusiya-Azərbaycan-Gürcüstan energetika dəhlizlərinin yaradılması layihələri xüsusi vurğulanmışdır.
“Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyev çıxışında ölkəmizdə energetika sisteminin əsaslı surətdə yenidən qurulmusından söhbət açaraq bildirmişdir ki, energetiklərimiz elektrik enerjisi obyektlərinin modernləşdirilməsinə, vaxtında aparılan təmir hesabına istehsal göstəricilərini artırmağa çalışırlar. E.Pirverdiyev yeni obyektlərin istifadəyə verilməsi yolu ilə islahatlar proqramına xüsusi diqqət yetirildiyi barədə də məlumat vermişdir.
İclas çərçivəsində “Birlik dövlətlərində hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi və hidrotexniki qurğuların istismar təhlükəsizliyinə təminat problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda hidroenergetika problemləri, onların həlli yolları müzakirə olunmuş, inkişaf perspektivləri, habelə MDB ölkələrinin bu sahədə əməkdaşlığının genişləndirilməsinə dair konkret planlar müəyyənləşdirilmişdir.