MDB-NİN YENİDƏN FORMALAŞMASI MOSKVADA APARILAN MƏSLƏHƏTLƏŞMƏLƏRİN ƏSAS MÖVZUSUDUR
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın xarici İşlər naziri Sergey Lavrov MDB dövlətləri başçılarının Kazanda keçiriləcək sammitinə hazırlığın “lazımi şəkildə” keçəcəyinə ümid edir. Nazir bunu yanvarın 31-də Birliyin yenidən formalaşması məsələsinə dair xarici işlər nazirlikləri arasında aparılan məsləhətləşmələr zamanı bildirmişdir.
S.Lavrov demişdir: “Biz bugünkü söhbətimizi MDB dövlət başçılarının Astanadakı sammitində qəbul edilmiş qərar çərçivəsində Birliyin yenidən formalaşmasına həsr edəcəyik”. O sonra qeyd etmişdir ki, “MDB-dəki fəaliyyət mexanizmlərinin hamısının aktuallığını saxlayıb-saxlamadığını, İcraiyyə Komitəsinin nə dərəcədə səmərəli işlədiyini nəzərdən keçirmək lazımdır. Onun fikrincə, MDB çərçivəsində əməkdaşlığın əsas istiqaməti humanitar sahədə qarşılıqlı fəaliyyət olmalıdır. “Burada elm, mədəniyyət, idman, turizm, informasiya və informatika nəzərdə tutulur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]