MDB ÖLKƏLƏRİ ANTİİNHİSAR SİYASƏTİ ÜZRƏ DÖVLƏTLƏRARASI ŞURANIN 27-Cİ İCLASI KEÇİRİLIR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-də Moldovanın paytaxtı Kişinyovda MDB ölkələri Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 27-ci iclası və üzv ölkələrin antiinhisar qanunvericiliyinin pozulması hallarının araşdırılması Qərargahının 6-cı iclası işə başlamışdır.
İclaslarda MDB ölkələrinin antiinhisar təşkilatlarının rəhbərləri və mütəxəssislər, eləcə də BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Avropa Şurasının ekspertləri iştirak edirlər.
İclas çərçivəsində Moldovanın Rəqabətin Qorunması Milli Agentliyinin təşkil etdiyi “Rəqabət siyasəti sahəsində əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans da keçiriləcəkdir.
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin rəisi Samir Dadaşov və müavini Araz Əliyevin iştirak etdikləri iclaslar ayın 6-da başa çatacaqdır.
S.Dadaşov MDB ölkələri Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın iclasında ilk dəfə olaraq qurum sədrinin müavini kimi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]