MDB qərargahında müdafiə məsələləri müzakirə olunub
Minsk, 3 mart, AZƏRTAC
Martın 2-3-də MDB hökumət rəhbərləri Şurasının layihələrin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. İclasda iki məsələ müzakirə edilib. Onlardan biri Birlik üzv-dövlətlərinin birləşmiş hava hücumundan müdafiə (HHM) sisteminin təkmilləşdirilməsinə dair normativ sənədlərlə bağlı olub. İkinci məsələ silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza hazırlığı ilə əlaqədar olub. Bu haqda AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən qərargahının mətbuat xidmətindən məlumat verilib.
Qazaxıstan və Rusiya Federasiyasının qeyd və təkliflərini nəzərə almaqla ekspertlər birləşmiş HHM sisteminin təkmilləşdirilməsi üzrə normativ sənədlərin yeni redaksiyasını əsasən razılaşdırıblar.
Ekspert qrupunun materiallarını Birlik üzvü olan dövlətlərə və müdafiə nazirləri Şurasının katibliyinə göndərilməsi qərara alınıb. Bu məsələ ilə bağlı ekspertlərin növbəti görüşü iyun ayında keçiriləcək.
İclasda müzakirə olunmuş ikinci məsələ üzrə də layihə razılaşdırılıb. Layihəyə əsasən, silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza təşkilatı statusu Hərbi hava qüvvələrinin “Professor N.E. Jukovski və Y.A.Qaqarin adına Hərbi Hava akademiyası” tədris-elmi mərkəzinə verilir.
Dövlətdaxili razılaşdırmadan sonra layihə MDB hökumət rəhbərləri Şurasının müzakirəsinə veriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]