MDU əməkdaşları Bişkekdə beynəlxalq konfransın bölmə iclaslarında çıxış ediblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Bişkekdə M.Rıskulbekov adına Qırğız İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunan “İqtisadi reallıqların yeni çağırışları” mövzusunda beynəlxalq elmi konfransın bölmə iclaslarında təmsil olunub.
Bu barədə AZƏRTAC-a MDU-dan məlumat verilib.
Beynəlxalq konfrans çərçivəsində 4 bölmə iclası keçirilib.
“Nəqliyyat və rəqəmsal logistika: yeni reallıqlar və imkanlar” adlı bölmə iclasında MDU əməkdaşı Nuranə Abbasova-Zeynalova “Rəqəmsallaşmanın ölkə iqtisadiyyatının inkişafına təsiri” mövzusunda çıxış edib.
“Orqanik istehsalda və yaşıl iqtisadiyyatda ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi” adlı bölmə iclasında isə MDU-nun akademik heyət üzvlərindən Təranə Səfərova “Ekoloji problemlərin həllində ekoloji texnologiyalardan istifadə”, Rövşən Əliyev “Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi yolları”, Nurlan Əzizli “Kənd təsərrüfatı innovasiyalarının təşviqində İsrail təcrübəsi” və Aynur Namazova “Azərbaycanın kənd təsərrüfatı sektorunun investisiya cəlbediciliyi” mövzularında məruzə ediblər.
Eyni zamanda, bölmədə MDU əməkdaşlarından Təranə Əliyeva “Ərzaq təchizatı sisteminin institusional inkişafı yolları”, Emiliya Hüseynova “Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində islahatlar”, Təranə Süleymanova “Azərbaycanın aqrar sektorunda innovasiyaların rolu”, Arif Tağıyev “Müasir qloballaşma şəraitində Azərbaycanın iqtisadi təhlükəsizlik üzrə milli siyasəti”, Saqib Məmmədov “Ərzaq əlçatanlığı və sosial bərabərsizlik” və Xəyalə Xəlilova “Ərzaq təhlükəsizliyi məsələləri” mövzularında məruzələrini təqdim ediblər.
Qeyd edək ki, MDU-nun rektoru Şahin Bayramovun Qırğız İqtisad Universitetinin 70 illiyinə həsr olunan yubiley tədbirləri çərçivəsində təşkil olunan beynəlxalq konfransın plenar iclasında “Davamlı iqtisadi inkişaf: əsas konsepsiya, qiymətləndirmə metodları və Azərbaycan nümunəsi” mövzusunda məruzəsi dinlənilib.