MDU-nun əməkdaşları şəhid Qorxmaz İsgəndərovun məzarını və ailəsini ziyarət ediblər
Bakı, 23 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 2022-ci il sentyabrın 12-15-də Ermənistan hərbçilərinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhid olmuş ali təhsil ocağının məzunu İsgəndərov Qorxmaz İsgəndər oğlunun məzarını ziyarət edib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, daha sonra şəhidin ailəsi ilə görüş olub. Görüşdə Qorxmaz İsgəndərovun cəsur döyüş yolundan, Vətənə sonsuz sevgisindən və düşmənə qarşı nifrətindən bəhs edilib.
Şəhid Qorxmaz İsgəndərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Qorxmaz İsgəndərov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. O, Ağcabədi rayonunda dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]