MDU-nun türkiyəli müəllimi qardaş dəstəyini yüksək qiymətləndirib
Bakı, 10 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov bu ali təhsil müəssisəsində fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin alimi Sinan Toklu ilə görüşüb.
MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qardaş ölkədə baş vermiş zəlzələnin hər birimizi dərindən sarsıtdığını bildirən Ş.Bayramov faciəvi şəkildə dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib və dağıntılar altında qalan insanların sağ-salamat xilas olmasını arzulayıb.
Rektor faciənin baş verdiyi ilk saatlardan etibarən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın böyük diqqət və dəstəyindən bəhs edib, dövlətimizin və xalqımızın hazırda ağır və sınaqlı günlər yaşayan qardaş ölkə ilə yüksək həmrəylik nümayiş etdirməsinin qürurverici olduğunu bildirib.
Əslən Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən biri Adanadan olan qonaq alim S.Toklu faciənin acı nəticələrindən danışıb, Azərbaycanın qardaş qayğısının Türkiyədə yüksək qiymətləndirildiyini vurğulayıb və göstərilən diqqətə görə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:44]
Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]