Media: ABŞ 2027-ci ilədək NATO öhdəliklərinin əksəriyyətini Avropaya ötürmək istəyir
Bakı, 5 dekabr, AZƏRTAC
ABŞ Avropanın 2027-ci ilədək kəşfiyyat və raket sistemləri də daxil olmaqla NATO-nun müdafiə öhdəliklərinin əksəriyyətini öz üzərinə götürməsini istəyir.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, ABŞ rəsmiləri avropalı diplomatlara bildiriblər ki, Avropa 2027-ci ilədək NATO-nun müdafiə öhdəliklərinin bir hissəsini öz üzərinə götürməsə, Birləşmiş Ştatlar alyansın bəzi müdafiə koordinasiya mexanizmlərində iştirakını dayandıra bilər. Bununla belə, bəzi Avropa rəsmiləri bu müddəti real hesab etmir.
Qeyd edək ki, iyun ayında Haaqada keçirilən sammitdə NATO liderləri ABŞ-ın təşəbbüsü ilə müdafiə xərclərini ümumdaxili məhsullarının beş faizinə çatdırmaq barədə razılığa gəliblər. Bu tələb hərbi ehtiyaclar üçün 3,5 faiz, ikili təyinatlı infrastruktur layihələri üçün isə 1,5 faiz artımı ehtiva edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]