Media: HƏMAS Qəzza münaqişəsinin nizamlanması çərçivəsində ağır silahlarını yerə qoymağa razıdır
Bakı, 5 dekabr, AZƏRTAC
Qəzza münaqişəsinin tərəfləri və vasitəçilər Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsi, o cümlədən ağır silahların təhvil verilməsi ilə bağlı razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. "HƏMAS hərəkatı ilə ağır silahların təhvil verilməsi üzrə razılıq əldə olunub”, - deyə məlumatda bildirilir. Həmçinin qeyd olunur ki, hərəkat sülh prosesinin bir hissəsi kimi Qəzza sektoruna nəzarətdən imtina etməyə hazır olduğunu da təsdiqləyib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edərək 250-dən çox yəhudini əsir götürüb. İsrail buna cavab olaraq Qəzza sektorunda hərbi əməliyyata başlayıb. Bombardmanlar nəticəsində indiyədək həlak olan fələstinlilərin sayı 70 min nəfəri keçib, yüz minlərlə insan isə yaralanıb.
Bu il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Birləşmiş Ştatların Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı razılığa gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]