Media: Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirirlər
Qahirə, 11 sentyabr, AZƏRTAC
Yəmənin cənub-qərbində mövqelərini gücləndirən husilər Bab əl-Məndəb boğazında nəzarəti tam ələ keçirmək üzrədir. Silahlı qruplaşma Qırmızı dənizdə yerləşən Məyyun adasını ələ keçirib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, husilər, həmçinin əl-Xauxa və Zubab şəhərlərinə, həmçinin Böyük və Kiçik Haniş adalarına daxil olmaq üzrədirlər.
Eyni zamanda, husi qruplaşmasının sözçüsü Yəhya əl-Səri sosial media hesabında yaxın saatlarda genişmiqyaslı və fərqli hərbi əməliyyatın başlanacağını bildirib.
O, həmçinin qeyd edib ki, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçiliyin həyata keçirilməsi ilə bağlı hər hansı problem yoxdur. Yəhya əl-Sərinin sözlərinə görə, hərbi əməliyyatlar konkret hədəflərə qarşı həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [23:27]
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [21:51]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [19:01]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [18:47]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [17:57]