Media: Moskvada terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
Moskva, 2 avqust, AZƏRTAC
Medianın məlumatına görə, Moskvanın mərkəzindəki Kudrinskaya meydanında yerləşən “Balzi Rossi” restoranında törədilən terror aktı nəticəsində ölənlərin sayı beşə çatıb.
AZƏRTAC xəbər verir ki, terror aktının iki qurbanı xəstəxanada ölüb.
Medianın məlumatına görə, altıdan çox insanın vəziyyəti ağırdır və həkimlər onların həyatlarının xilas etmək uğrunda mübarizəni davam etdirirlər.
Avqustun 1-də “Balzi Rossi” restoranında partlayış baş verib. Rusiya Milli Terrorla Mübarizə Komitəsinin məlumatına görə, naməlum bir qadın müəssisəyə əldəqayırma partlayıcı qurğu keçirməyə cəhd edib. Təhlükəsizlik işçisi onu girişdə saxlayıb və həmin an partlayış baş verib.
Mühafizəçi, müştərilərdən biri və partlayıcı qurğunu gətirən qadın hadisə yerində həlak olublar. Hadisənin başvermə səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]